Tramp Kim Çen Ina koronavirusla bağlı məktub göndərdi

Baxış sayı:
1191

ABŞ prezidenti Donald TrampKoreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Ina məktub göndərib.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, Donald Tramp Kim Çen Ina koronavirusla mübarizədə kömək etməsini təklif edib. 

"Biz Kim Çen Ina Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp tərəfindən göndərilmiş şəxsi məktubu aldıq. O, məktubunda həmçinin iki ölkə arasında münasibətlərin inkişafı üzrə öz planını izah etdi və epidemiya əleyhinə işdə əməkdaşlıq niyyətini ifadə etdi. Tramp bildirdi ki, onda sədr (Kim Çen In) tərəfindən öz xalqının epidemiyanın ciddi təhlükəsindən müdafiəsi üçün səylər barədə təəssürat yaranıb", - agentlik bildirib.