Tramp keçmiş dövlət katibi haqda ağır danışdı

Baxış sayı:
3955

ABŞ prezidenti Tramp twitter-dən bölüşdüyü mesajda hazırkı dövlət katibi haqda “Mayk Pompeo ecazkar bir iş görür, onunla fəxr edirəm. Onun sələfi olan Reks Tillerson isə lazımlı zəkaya malik deyildi. Bir daş qədər küt olan bu adamdan çox çətin qurtuldum. İnanılmaz dərəcədə tənbəl idi. İndi nazirlikdə yeni bir ruh var" deyə qeyd edib.
 
TILLERSON TRAMP HAQDA NƏ DEMİŞDİ?
 
CBS televiziyasına qonaq olan keçmiş nazir Tillerson prezident Tramp ilə çalışmasına dair "Mənim üçün çətin olan şey, intizamlı, olduqca proses yönümlü “Exxon mobil” şirkətindən gəlib, olduqca intizamsız, oxumağı sevməyən, brifinq hesabatlarını oxumayan və bir çox şeyin detallarına baxmağı sevməyən və yalnız mən buna inanıram deyən bir adamla işləmək idi" deyə söyləmişdi.
Qeyd edək ki, keçmiş “Exxon mobil”-in rəhbəri Tillerson Trampın ilk kabinetində xarici işlər naziri olaraq bir ildən çox müddət fəaliyyət göstərib.
Müxalifət.az