​Tramp istəyinə nail oldu: AVROPA İRANA DÜŞMƏN OLUR

Baxış sayı:
4651

Avropa və ABŞ nüvə razılaşmasının şərlərini pozub və buna görə də Tehrana öz şərtlərini diktə etmək haqqına sahib deyillər.
Axar.az xəbər verir ki, bunu “Etemad” qəzetinə müsahibəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif söyləyib.
 “Hazırda iki tərəf nüvə razılaşmasının şərtlərini pozub. Bunlar ABŞ və Avropadır. Amerikalılar bunu Vaşinqtonun siyasətinə görə, avropalılar isə ABŞ-ın siyasətinə görə pozublar. Avropa verdiyi sözlərə əməl etməyib”, – deyə o bildirib.
Qeyd edək ki, Prezident Tramp ABŞ-ın İranla nüvə razılaşmasından çıxacağı barədə bir neçə dəfə bəyanat səsləndirsə də, Avropa etiraz edirdi.