Tramp İsrailin hamisi rolunda! Bu gün birləşir...

Baxış sayı:
6997

Tramp təpkilərə baxmayaraq ABŞ-ın Qüds Baş Konsulluğu ilə Qüdsə köçürdüyü ABŞ səfirliyinin bu gün birləşdiriləcəyini açıqlayıb.
 
ABŞ XİN-dən edilən yazılı açıqlamada, "ABŞ-ın Qüds Baş Konsulluğu ilə ABŞ Qüdsdəki əfirliyi tək bir diplomatik missiya olacaq şəkildə 4 mart 2019-da birləşdiriləcək. Bu addım nazir Pompeonun 18 oktyabr 2018-gə iki missiya ilə heyətlərin birləşdirəcəyinə dair məlumatı üzərinə atıldı" deyə bildirilib.
Bütün diplomatik işlərin artıq Qüdsdən aparılacağı ifadə edilən açıqlamada, Qəzza və Qərbİ Şeriadakı işləri isə Qüdsdəki ABŞ səfirliyi Fələstin İşləri Qurumunun öz üzərinə götürəcəyi qeyd edilib.
Açıqlamada, sözügedən qərarın tamamilə fəallığı artırmaq üçün alındığı və ABŞ-ın Qüdsün statusu ilə bağlı siyasətini dəyişmədiyi iddia edilib.
 Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 6 dekabr 2017-də Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını və ölkəsinin Təl-Əvivdəki səfirliyini Qüdsə köçürəcəyini açıqlamışdı.
Bütün təpkilərə baxmayaraq ABŞ, Təl-Əvivdəki səfirliyini mərasimlə Qüdsə köçürmüşdü.
Müxalifət.az