Tramp İŞİD-a 30 gün vaxt tanıdı – YOX OLACAQLAR

Baxış sayı:
3259

Ağ Evdə keçirilən və İraq ilə Suriyadakı azlıqların qorunması və dəstək verilməsini nəzərdə tutan qanunun imzalanması mərasimində çıxış edən Tramp,İŞİD-la bağlı diqqətçəkən ifadələr işlədib.
 
 ABŞ rəhbərliyinin İŞİD-la mübarizə və Suriyada nə qədər İŞİD üzvü qaldığına dair müxtəlif açıqlamalar verilsə də, Tramp etdiyi yeni açıqlama ilə diqqət çəkib.
 Terror təşkilatı İŞİD-ın regionda yaşayan hər kəsə qarşı çox pis işlər gördüyünü bildirən Tramp, "ölkəsinin bu təşkilata qarşı əvvəldən bəri qərarlı bir şəkildə mübarizə etdiyini" ifadə edib.
 
30 GÜN İÇİNDƏ HEÇ BİR İŞİD-çı QALMAYACAQ
 
Trampın, "İŞİD-a qarşı çox böyük bir iş görmüşük. Dünyanın o bölgəsində sayları çox az qaldı və qarşıdakı 30 gün içində heç bir İŞİD-çı qalmayacaq" şəklindəki sözləri diqqət çəkib.
İŞİD-ın zərər verdiyi dini və etnik azlıqlara ABŞ-ın dəstək olmağa davam edəcəyini qeyd edən Tramp, daha sonra kameralar qarşısında sözügedən qanunu imzalayıb.
Müxalifət.az