Tramp: İraqın başına gələcək ən pis şey...

Baxış sayı:
3067

ABŞ Prezidenti Donald Tramp, ABŞ əsgərlərinin İraqdan indi çıxmasının "İraqla ola biləcək ən pis şey" olduğunu ifadə etdi.
Ağ Evdə Yunanıstan Baş naziri Kyriakos Mitsotakisi qəbul edən ABŞ prezidenti Tramp, gündəmlə bağlı qiymətləndirmələr etdi.
İran generalı Qasim Süleymanı öldürmək qərarına bir daha haqq qazandıran Tramp, Süleymaninin Hizbullahın başında duran adamla İraqa getdiyini və "pis planlar" qurduğunu iddia etdi.
Tramp, Süleymaninin Barak Obamanın dövründə "terrorçu" kimi tanındığını bildirdi.
Süleymanın aradan götürülməsi ilə həm özlərinə, həm də bir çox ölkələrə "böyük bir yaxşılıq" etdiklərini iddia edən Tramp, "ABŞ İrandan gələn hər bir əks-hücuma cavab verməyə hazırdır və bu baş verərsə, cavab verəcəyik" dedi.
Tramp, ABŞ-ın İraqdan çıxmağa hazılaşdığnı bildirən məktubun həqiqi olub-olmadığını bilmədiyini dedi.
ABŞ dövlət katibi Mayk Pompeo, məktubun "imzalanmamış qaralama mətn" olduğunu vurğulayaraq Trampın sözünə qüvvət verdi.
Tramp, bir gün İraqın ABŞ-ın buradakı varlığı ilə bağlı öz qərarını verəcəyini söylədi, ancaq indi bu qərar üçün doğru zaman deyil.
"Uyğun zamanda İraqdan çıxmaq istəyirik, əbədi olaraq orada qalmaq fikrində deyilik, amma indi bunun vaxtı deyil. Bu ölkədə çox pul xərclədik, əgər çıxsaq, bunun əvəzinin ödənilməsini istəyirik ".
Trump, ABŞ qoşunlarının ölkədən çıxmaq ərəfəsində,"onlara hörmətlə yanaşılmasa" İraqa ciddi sanksiyalar tətbiq oluna biləcəyini xüsusi vurğuladı.
Bundan əvvəl, İrana aid bəzi mədəniyyət abidələrini də vura biləcəklərini dilə  gətirən Tramp, əvvəlki sözlərindən geri çəkildiyini söylədi.
Tramp, "hər hansı mədəniyyət abidəsi söhbət mövzusu olarsa, beynəlxalq hüquqa əməl edəcəklərini" vurğuladı.
Muxalifet.az