Tramp İranla bağlı qərarını oktyabrın 13-də açıqlayacaq - NBC

ABŞ prezidenti Donald Tramp İranla nüvə razılaşmasına dair qərarını oktyabrın 13-də açıqlayacaq.
 
Bu barədə NBC telekanalı Ağ Ev administrasiyasındakı mənbəyə istinadən xəbər verib.
 Bundan əvvəl  “The Washington Post” qəzeti yazıb ki, Tramp İranla nüvə sazişinin ləğv olunması barədə bəyanatla çıxış edəcək. Nəşrə görə, bu, nüvə sazişi ilə əlaqədar İrana qarşı ləğv olunmuş sanksiyaların bərpa edilməsi ilə nəticələnə bilər. /apa