Tramp İranın ABŞ bazasını bombalamasından danışdı - İLK REAKSİYA

Baxış sayı:
3013

Tramp İranın İraqdakı ABŞ hərbi bazalarına raket hücumundan sonra ilk dəfə açıqlama verib.
Bu barədə o, “Twitter” hesabında yazıb.
ABŞ lideri Ağ Evdə Milli Təhlükəsizlik Şurasının iştirakı ilə müşavirə keçirib.
“Hər şer qaydasındadır. İrandan atılan bombalar İraqda iki hərbçini hədəf aldı. Dəyən zərər hesablanır. İndiyə qədər hər şey yolunda gedir. Biz dünyada ən güclü və donanmalı orduya sahibik”, - o bildirib.
Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İraqdakı iki hərbi bazasına raket hücumu edib.
Qeyd edək ki, bu arada "Reuters" İran televiziyasına istinadən İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfərin öldüyü barədə məlumat yayıb.