Tramp İranı raket atmaqda ittiham edib

Fikrimcə İran Səudiyyə Ərəbistanına hücum edib
 
ABŞ prezidenti Donald Tramp İranı Səudiyyə Ərəbistanının paytaxtı istiqamətində raket atmaqda ittiham edib.
Bu barədə RİA "Novosti" məlumat yayıb.
"Fikrimcə, İran Səudiyyə Ərəbistanına hücum edib. Siz bunu bilirsiniz, düzdür? Siz gördünüz ki, raket buraxılıb. Bizim sistemlərimiz isə onu vurub", — deyə Tramp əlavə edib.
Bundan əvvəl Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Ər-Riyadın şimal-şərqində ballistik raketi vurub.