Tramp İranı hədələdi: "ÇOX PİS ADDIM OLACAQ"

Baxış sayı:
781

ABŞ prezidenti Donald Tramp İranın uranı zənginləşdirmək qərarını "çox pis addım" kimi dəyərləndirib.
Muxalifet.az xəbər verir ki, o, bu barədə Tvitter səhifəsində yazıb.
Tramp eyni zamanda qeyd edib ki, Federal Təhqiqat Bürosunun (FTB) 12 il əvvəl İranda yoxa çıxan keçmiş agenti Robert Levinsonun geri qaytarılması müsbət addım ola bilər:

Donald J. Trump✔@realDonaldTrump If Iran is able to turn over to the U.S. kidnapped former FBI Agent Robert A. Levinson, who has been missing in Iran for 12 years, it would be a very positive step. At the same time, upon information & belief, Iran is, & has been, enriching uranium. THAT WOULD BE A VERY BAD STEP!

"Məlumata görə, İran uranı zənginləşdirmək qərarı verib. Bu, çox pis addım olacaq", - deyə ABŞ rəhbəri əlavə edib.
Qeyd edək ki, ABŞ hökuməti Levinsonun geri qaytarılması üçün 1 milyon dollar təklif etmişdi. Bu ilin yanvarında isə dövlət katibi Mayk Pompeo İranı, ABŞ vətəndaşlarını azad etməyə çağırmışdı.
Xatırladaq ki, bu ilin 8 mayında İran nüvə razılaşması öhdəliklərinin qismən dayandırıldığını elan etmişdi. Aİ isə İranı Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərinə əməl etməyə çağırmışdı.