Tramp İrana qarşı sanksiyaların müddətini uzatdı

ABŞ prezidenti Donald Tramp 1979-cu ildə İrana qarşı birtərəfli qaydada tətbiq edilmiş sanksiyaların müddətini daha bir il uzadıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə Ağ Evin məlumatında bildirilir.
“ABŞ-İran münasibətləri indiyədək normallaşmayıb. Amerika lideri bununla əlaqədar 12170 saylı fərmanla İrana qarşı tətbiq edilmiş fövqəladə vəziyyət rejimini uzatmaq qərarına gəlib”, - deyə şərhdə qeyd olunub.