Tramp İngiltərə səfərindən niyə imtina etdi? – İlginc SƏBƏB

London meri Sadiq Xan ABŞ Prezidenti Donald Trampın İngiltərəyə gözlənilən səfəri ilə bağlı açıqlama verib.
 
O, Trampın ayaqları altına qırmızı xalı sərilməyəcəyini bildirib.
CNN telekanalına danışan Xan Trampın siyasətinin bir sıra ölkələr tərəfindən qəbul edilmədiyini bildirib.
Qeyd edək ki, Böyük Britaniya Baş naziri Tereza Mey Trampı ölkəsinə səfərə dəvət etmişdi. Ancaq ABŞ prezidenti səfərdən imtina edib.