Tramp ilk dəfə Şimali Koreyada - "Böyük şərəfdir"
30-06-2019 15:15
Baxış sayı:
4660
ABŞ Prezidenti Donald Tramp Koreya yarımadasında hərbsizləşdirilmiş zonaya gedib.
“CNN" xəbər verir ki, o burada Şimali Koreya lideri Kim Çen Inla görüşüb.
İki ölkə lideri hərbsizləşdirilmiş zonada bir-biri ilə əl sıxıb.
“Böyük şərəfdir”, - ilk dəfə KXDR ərazisinə ayaq basan Tramp deyib.
Görüş zamanı D. Tramp, jurnalistlərin suallarına cavab olaraq, Şimali Koreya liderini ABŞ-a dəvət etməyə hazır olduğunu da bildirib.
Xatırladaq ki, hər iki ölkə rəhbərinin bundan əvvəlki görüşü Xanoyda keçirilən fevral sammitində olmuşdu.