Tramp hərəkətə keçdi: Qadağa bu gün başlayır

Baxış sayı:
8263

ABŞ-da Donald Tramp rəhbərliyi tərəfindən edilən yeni tənzimləməylə Orta Amerika, ya da hər hansı bir üçüncü ölkədən yola çıxaraq Meksika sərhədindən ABŞ-a daxil olan immiqrantların sığınma haqqı tələb etmələri qadağan edilir. ABŞ-a Meksika sərhədindən daxil olan immiqrantlar sığınma haqqı tələbində ola bilməyəcək.
 
ABŞ Ədalət Nazirliyi ilə Daxili Təhlükəsizlik Nazirliyinin rəsmi qəzetdə dərc olunan yeni qaydaya görə, Orta Amerika ölkələrindən, ya da üçüncü bir ölkədən gələn immiqrantlar ölkəyə Meksika üzərindən daxil olduqları təqdirdə ABŞ-dan sığınma tələb etmə haqqını itirəcək.
Uşaqlara da tətbiq olunacaq olan bu qayda bu gün qüvvəyə minəcək.
Müxalifət.az