“Tramp hesab edir ki, Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edə bilərdi” – RƏSMİ ETİRAF
26-06-2017 22:51
Prezident Donald Tramp hesab edir ki, Rusiya ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxilə edə bilərdi. RİA “Novosti” xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser bəyan edib.
“Rusiya və potensial olaraq digər ölkələr ABŞ-dakı seçkilərə müdaxilə edə bilərdi”, - deyə Ş.Spayser bildirib.
Bu gün D.Tramp özünün “Twitter” səhifəsində yazıb ki, onu Rusiya ilə əlbir olmaqda ittiham edənlər ondan üzr istəməlidir.