Tramp Gürcüstana səfər edəcək

Baxış sayı:
9910

Çərşənbə günü Gürcüstan müxalifət parlamentariləri ilə görüşdükdən sonra birmənalı nəticəyə gəldim: Prezident Tramp Qafqazdakı bu kiçik ölkəni ziyarət etməlidir. Muxalifet.az bu barədə "Washington Examiner"ə istinadən xəbər verir. Əlbətdə ki, isti qarşılanacaq. Axı Trump, prezidentliyinin birinci ili Barak Obamanın 8 illik prezidentlik müddətində edə bilmədiyini etdi: o, Gürcüstana son dərəcə lazımlı hərbi texnikanın satışına icazə verdi. Mən yüksək səlahiyyətli millət vəkili Giga Bokeriyadan, gürcülərin Amerikadan nə istədiklərini soruşarkən, o, birbaşa “həmrəylik” deyə cavab verdi. Bokeria və həmkarları Tramp-a davamlı dəstəyinə görə çox minnətdar olsalar da, Putinin Rusiyasından gələn təhdidlə əlaqədar getdikcə daha ciddi problemlərlə üzləşirlər. İki ölkə arasındakı 2008-ci il müharibəsindən sonra Gürcüstan ərazilərinin bir hissəsini ələ keçirən Putin, indi də Gürcüstanın nəzarətində olan ərazidə gərginliyi artıraraq düşmənçilik hərəkətlərini gücləndirir. Göründüyü kimi, bu, qismən Rusiyanın yenidən Gürcüstana münasibətdə "genişlənmə imkanları" hiss etməsi ilə əlaqədardır. Əslində gizli şəkildə milyarder Bidzina İvanişvilinin rəhbərlik etdiyi Gürcüstanın hazırkı hökuməti getdikcə Rusiyanın təcavüzünə göz yumur. Buna görə, Putin hesab edir ki, təzyiqi artırmaqla bu hökumətdən başqa nələrsə əldə edə bilər. Burada yenə Tramp-a qayıdırıq. Çünki Gürcüstana səfər ABŞ-ın “demokratiya uğrunda aparıcı rolunu” nümayiş etdirə bilər. Tramp rus mövzusuna toxunmasa belə, bu səfər 3,7 milyon əhalisi olan ölkəni ruhlandıracaq, ona stimul verəcək və azad dünyanın liderinin onun gələcəyinə qayğı göstərdiyinin sübutu ola bilər. Bu da Trampa Amerikanın hələ də “demokratiyanın tərəfində”olan ən böyük güc olduğunu göstərməsinə (hətta impiçment hekayəsinə baxmayaraq) imkan verər. Muxalifet.az