Tramp gələn il prezident seçkilərinə Maykl Penslə gedəcəyini açıqlayıb

Baxış sayı:
6763

ABŞ prezidenti Donald Tramp özünün vitse-prezidenti kimi Maykl Pens ilə birlikdə 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək.
APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, o, “Fox & Friends” televerilişində verdiyi müsahibəsində belə bir açıqlama ilə çıxış edib.
“O mənə yaxın bir insandır, mənim dostumdur”, - deyən prezident Tramp qeyd edib ki, vitse-prezident Maykl Pens “işinin öhdəsindən fantastik şəkildə gəlir”.
Tramp və Pensin prezident və vitse-prezident seçilmək üçün namizədliyinin təsdiqlənməli olduğu Respublikaçılar Partiyasının Milli Qurultayı 24-27 avqust 2020-ci il tarixlərində Şarlott (Şimali Karolina ştatı) şəhərində keçiriləcək.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 3 noyabr 2020-ci ildə baş tutacaq.