Tramp FTB şefinə: “Sizcə, mən fahişəyə ehtiyac duyan insanammı?”

Baxış sayı:
2923

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) sabiq direktoru Ceyms Kominin “Daha yüksək sədaqət” adlı kitabı ABŞ-da gündəm yaradıb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, Kominin kitabı sabah satışa çıxarılacaq. Lakin indidən kitabda qeyd olunan faktlar və fərziyyələr ölkədə əsas müzakirə mövzusuna çevrilib.
Müəllif kitabında 2013-cü ildə Trampın Moskvada bir qrup seks işçiləri ilə təmasını əks etdirən video haqqında prezidentlə danışığının mahiyyətini də yazıb.
FTB-nin keçmiş direktoru həmçinin 2016-cı ildə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsinə dair iddialarla bağlı ABŞ Prezidenti Trampla ilginc dialoquna da yer ayırıb.
Müəllif qeyd edir ki, prezidentin bu mövzuda onunla söhbət etməsinin səbəbi Moskvada Trampa aid biabırçı videogörüntünün olması, bu iddianın FTB tərəfindən araşdırılması olub.
Tramp Komi ilə söhbət edərkən, Moskvada seks işçiləri ilə birgə videosunun olması barədə iddianı rədd edib və FTB direktoruna “Sizcə, mən fahişələrin xidmətinə ehtiyac duyan bir insanammı” sualını verib.
2017-ci ildə Manhettendə Prezident Trampla görüş keçirdiyini qeyd edən Komi “Trampa onu haqqında araşdırma aparmadığımızı söylədikdə çox rahatlandı” ifadəsinə yer verib.
Xatırladaq ki, FTB-nin dosyesində yer alan bir iddiaya görə, Donald Tramp Moskvada keçirilən gözəllik yarışması zamanı qaldığı otel nömrəsində seks işçilərinin bir-biri üzərində hərəkətlərini izləyib. Bu hadisənin baş verdiyi oteldə ABŞ-ın sabiq prezidenti Barak Obama və xanımı Mişel Obama da qonaq olub.
Ancaq Tramp Komiyə bildirib ki, müdrik insan olaraq, ətrafındakı şəxslərin bir-birinin üzərində ləyaqəti alçaldan hərəkətlər etməsinə icazə verməzdi.
Qeyd edək ki, Ceyms Komi FTB direktoru vəzifəsindən azad edildikdən 11 ay sonra 304 səhifəlik kitabında Prezident Trampı həqiqətlərə və faktlara bağlı olmayan, eqoist, özündənrazı və hər kəsdən özünə sadiqlik tələb edən mafiya başçısı kimi xarakterizə edib.