Tramp FTB direktoruna qəzəbləndi: “Saxtakar kukla”

Baxış sayı:
7987

Amerikan “CBS” kanalında yayımlanan "60 dəqiqə" proqramına qonaq olan Makkabe Rusiya araşdırması və keçmiş FTB direktoru Comeynin qovulması ilə bağlı əhəmiyyətli iddialar ortaya atıb.
 
 Makkabe 9 may 2017-də Trampın Comeynin vəzifəsinə son verməsindən sonra hadisə ilə bağlı istintaq başladığını söyləyib. Trampın addımının "ədalət kölgə salmağa çalışmaq" olduğuna inandığını bildirən Makkabe, istintaq açılmadığı təqdirdə hadisənin üstünün ört-basdır ediləcəyini düşündüyünü qeyd edib.
 
ƏDALƏT NAZİRLİYİ SƏLAHİYYƏTLİLƏRİ TRAMPIN VƏZİFƏDƏN ALINMASINI MÜZAKİRƏ EDİB
 
 Makkabe-nin ən diqqətçəkən iddialarından biri isə Comeynin qovulmasından dərhal sonra Ədliyyə Nazirliyi rəsmilərinin ABŞ prezidentinin vəzifədən alınmasına imkan verən Konstitusiyanın 25-ci maddəsini müzakirə etdikləri istiqamətindəki sözləri olub.
Makkabe 25-ci maddənin nazirlikdəki bir görüşdə müzakirə edildiyini və "Trampın Rusiya araşdırması istiqamətindəki vəziyyətinin qəbuledilməz olduğunun müzakirə olunduğunu" irəli sürüb.
 
TRAMPDAN SƏRT CAVAB: RƏZİL FBI DİREKTOR VƏKİLİ MAKKABE!
 
 Makkabe-nin istintaq və 25-ci maddə açıqlamalarına Twitter hesabından sərt cavab verən Tramp isə "Rəzil FBI direktor vəkili Endryu Makkabe balaca zavallı mələk rolunu oynayır, halbuki özü saxtakar Hillari Skandalı&rusya oyununun böyük bir hissəsidir və Ceyms Comeynin informasiya sızıntıları üçün bir kukladır. Baş inspektorun (Ədliyyə Nazirliyi) Makkabe haqqındakı hesabatı sarsıdıcıdır" deyə qeyd edib.
Makkabe-nin həyat yoldaşının Klintonun seçki kampaniyasından böyük miqdarda pul aldığını iddia edən Tramp, "Makkabe ölkəmiz və FTB üçün biabırçılıqdır" deyə bildirib.
Müxalifət.az