Tramp, Fransa prezidenti Makrona qəzəbləndi

Baxış sayı:
1321

Birinci Dünya Müharibəsini sona çatdıran Atəşkəs Sazişinin 100-ci ildönümü münasibətilə Parisdə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Fransaya gedən ABŞ prezidenti Donald Tramp, sosial media hesabı üzərindən Fransa prezidenti Emmanuel Makrona təpki göstərib.

Çox alçaldıcıdır
 
ABŞ prezidenti Tramp, tvitter-dəki paylaşmasında, “Fransa prezidenti Makron, ABŞ, Çin və Rusiyadan qorunmaq üçün Avropanın öz ordusunu yaratması lazım olduğu istiqamətində təklif verdi. Çox alçaldıcıdır. Bəlkə Avropa öncə ABŞ-ın çox böyük bir şəkildə dəstək verdiyi NATO-ya olan borcunu ödəməlidir" deyə qeyd edib.
Qeyd edək ki, Fransa prezidenti Makron, bu həftə Parisdə verdiyi açıqlamada Rusiya təhlükəsinə diqqəti çəkərək, ABŞ-dan asılı olmayan, suveren Avropa Birliyi ordusu qurmadıqca Avropalıların təhlükəsizlikdə olmayacağını söyləmişdi.
Müxalifət.az