Tramp Əfqanıstana daha 4000 əsgər göndərəcək

Tramp Əfqanıstanda vəziyyəti hərbi yolla sabitləşdirmək istəyən üçüncü Ağ Ev rəhbəri olub
 
ABŞ prezidenti Donald Tramp Əfqanıstanda daha 4 min ABŞ əsgərinin göndərilməsi barədə fərman imzalayıb.
Bu barədə "Fox News" mənbəyə istinadən xəbər verib.
Qeyd olunur ki, Tramp Əfqanıstanda vəziyyəti hərbi yolla sabitləşdirmək istəyən üçüncü Ağ Ev rəhbəri olub.
Dövlət başçısının xalqa bununla bağlı müraciətinin yayımı yerli vaxtla saat 21:00-da nəzərdə tutulub.