Tramp Fələstinlilərə yardımı kəsdi, Merkel isə artırdı – ALMANİYADAN ÖRNƏK ADDIM

Baxış sayı:
1543

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert, ABŞ-ın Birləşmiş Millətlər Təşkilatı Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) maliyyə yardımlarını tamamilə dayandırdığını bildirib. Açıqlamadan sonra Almaniya qarşı həmlə ilə çıxış edib. Almaniyanın xarici işlər naziri Heiko Maas, ölkəsinin UNRWA-ya yardımları artırmağa qərar verdiyini açıqlayıb.
 
Maas qərarı, “Bu təşkilatın yoxluğu bir zəncirvari qəzaya səbəb olar” deyərək açıqlayıb.
Maas, Avropa Birliyi ölkələrinin (Aİ) xarici işlər nazirlərinə göndərdiyi məktubda artırılan yardımların Tramp rəhbərliyinin 217 milyon dollarlıq kəsirini bağlamağa çatmayacağı və Aİ-nin də əlavə yardım göstərməsi lazım olduğunu qeyd edib.
Müxalifət.az