​Tramp FES rəhbərini seçdi: ƏN ZƏİF NAMIZƏD

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin rəhbərliyinə Cerom Paueli təyin edəcək.
Bu barədə informasiyanı “Vol Strit Jurnal” qəzeti yayıb. Trampın artıq çərşənbə axşamı Pauellə şəxsən görüşdüyü bildirilib.
Qeyd edək ki, Cerom Pauel indiyə qədər FES sədrliyinə o qədər də güclü namizəd sayılmırdı. O, FES İdarə Heyətində Respublikaçıları dəstəkləyən yeganə üzv sayılırdı. Pauel Corc Buş dövründə Maliyyə Nazirliyində yüksək vəzifələrdə çalışıb.
İndiyə qədər FES rəhbərliyinə əsas namizəd ABŞ Milli İqtisadi Şurasının direktoru və Trampın İqtisadi məsələlər üzrə müşaviri Heri Kon sayılırdı. Ondan sonrakı ən güclü namizədlər sırasında Trampın yaxın dostu Ronald Lauderin kürəkəni Kevin Varş, ABŞ-ın sabiq maliyyə naziri Con Teylor yer alırdı./Axar.az/