​Tramp doğrudan da Putinə bu təklifi verib - Ağ Evdən təsdiq

Baxış sayı:
5278

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini ikitərəfli görüşlər keçirmək üçün Vaşinqtona dəvət edib.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Donald Tramp Rusiya lideri Putinlə mümkün görüş yerlərini müzakirə edib.
Bu sözləri Ağ Ev sözçüsü Sara Sander Yuri Uşakovun açıqlaması ilə bağlı verilən sualı cavablandırarkən deyib. O qeyd edib ki, görüş yeri kimi Ağ Ev də təklif edilib.
“Hazırda bununla bağlı heç bir əlavəmiz yoxdur”, - Sander deyib.
Qeyd edək ki, martın 20-də Donald Trampla Vladimir Putin arasında telefon danışığı baş tutmuşdu.