​Tramp devrilir: KLİNTON MƏXFİ SƏNƏDLƏRİ ƏLDƏ EDİR

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun komandası Britaniyanın Mİ-6 kəşfiyyatının keçmiş agenti Kristofer Stillə danışıqlara başlayıb.
Muxalifət.az xəbər verir ki, bu iddia ilə “Deyli Meyil” qəzetinin jurnalisti Edvard Kleyn çıxış edib. Kleyn Klintonun komandasının Stildən Tramp haqqında yeni kompromat əldə etmək istədiyini bildirib. O, Stildən alınacaq bu sənədlərin ABŞ liderinə qarşı yeni ittiham kimi istifadə ediləcəyini söyləyib:
“Hillarinin adamları məxfi şəkildə Stillə əlaqə saxlayırlar. Onlar Stillin bir müddət öncə özünün Rusiyadakı mənbələri əsasında Trampa qarşı hazırladığı dosyeni əldə etməyə çox yaxındırlar. Stil indiyə kimi dosyesindəki yeni məlumatları yayımlamayıb. Klinton artıq öz yaxınlarına bildirib ki, sənədləri alan kimi özünə dost olan KİV-lərə verəcək. Keçmiş dövlət katibi əmindir ki, Tramp ruslarla biznes müqavilələr imzalayıb və bu müqavilələrin birbaşa Kremllə əlaqəsi mövcuddur. Klinton həmçinin ikinci dosyedə Trampın Kreml kəşfiyyatı ilə əlaqəsi olan rus qadınları ilə romantik münasibətləri barədə sübutların olacağına da inanır”(axar).