Tramp Demokratların qələbəsini etiraf etdi

Baxış sayı:
10252

ABŞ-da Konqres ara seçkilərinin rəsmi olmayan nəticələrinə görə, Demokratlar, Nümayəndələr Palatasında üstünlüyü Respublikaçıların əlindən alıb.
 
Nümayəndələr Palatasında üstünlük Demokratların
 
Demokratların Nümayəndələr Palatasında 178 kreslosuna qarşı Respublikaçılar bu ana qədər 168 kreslo əldə etmiş kimi görünür.
Altı fərqli zaman kəsiyinin olduğu ABŞ-da seçki qutularının yekun saatları əyalətlərə görə fərqlilik göstərir.
Demokratların ölkənin qərb hissəsində daha çox səs alması gözlənərkən bu ana qədər gələn nəticələrə görə, Demokratlar Respublikaçılardan 24 yer aldığı görünür.
Demokratların Nümayəndələr Palatasında üstünlük təmin etməsi üçün Respublikaçılardan 23 yer alması lazım idi. Respublikaçıların əlində 18 regionda öndə görünən Demokratların bu bölgələrdə əldə edəcəyi kreslo sayı, Nümayəndələr Məclisindəki son bölgünü müəyyən edəcək.
Nümayəndələr Palatasında üstünlüyü təmin etmək üçün 218 yerə nail olmaq lazımdır.
Mövcud vəziyyətdə Nümayəndələr Palatasında 237 Respublikaçı və 193 Demokrat Nümayəndə təmsil olunarkən, 5 kreslo isə bəzi səbəblərlə boş idi.
 
Nancy Pelosi-dən qələbə nitqi
 
Kaliforniya ştatından Nümayəndələr Məclisinə təkrar seçilən və Nümayəndələr Məclisinin mövcud azlıq lideri Demokrat Nancy Pelosi, Vaşinqtonda Demokratların qələbəsini elan edib.
“Sabah Amerikada yeni bir gün olacaq" deyən Pelosi, Demokrat Nümayəndələr Məclisinin şəffaf olacağını və Respublikaçı partiya ilə çalışacağını dilə gətirib.
ABŞ-ın kifayət qədər qütbləşdiyini və artıq bir araya gəlmə vaxtı olduğunu ifadə edən Pelosi, "Bu, Demokrat və Respublikaçı məsələsi deyil, ABŞ-da Tramp rəhbərliyinə qarşı Konstitusiyanı təkrar bərqərar etmək məsələsidir" deyə söyləyib.
Bu arada ABŞ prezidenti Donald Trampın da Pelosi-yəzəng edərək Demokratların Nümayəndələr Palatasında üstünlük əldə etməsindən dolayı təbrik etdiyi bildirilib.
Müxalifət.az