"Tramp dedi ki, Putin ABŞ-ı məhv edə biləcək yeganə insandır" - ŞOK AÇIQLAMA

Baxış sayı:
2331

ABŞ Prezidenti Donald Tramp 2017-ci ildə Pentaqonun Kəşfiyyat İdarəsinin direktoru Maykl Flinni və Ağ Evin yüksək vəzifəli əməkdaşlarını Rusiya lideri Vladimir Putinin zəngi barədə ona məlumat vermədikləri üçün danlayıb.

RİA Novosti-nin məlumatına əsasən, bu barədə Piter Berqenin “Tramp və onun generalları: xaosun dəyəri” adlı yeni kitabında bəhs olunur.

Berqen mənbələrə istinadən yaszır ki, 27 yanvar 2017-ci il tarixində seçkilərdə qalib gələn Tramp Böyük Britaniyanın Baş naziri Tereza Mey ilə Ağ Evdə nahar edib. Mey Trampdan Putinin ona zəng vurub-vurmadığını soruşub. Cavabında isə ABŞ lideri başını bulayıb. Bu zaman Prezidentin yanında duran Flinn ona tərəf əyilib və Rusiya liderinin bir neçə gün əvvəl zəng etdiyini bildirib.

Bu cavabdan kefi korlanan Tramp Flinni və Ağ Evin digər əməkdaşlarını acılayıb.

“Zarafat edirsən? Vladimir Putin mənə zəng etməyə çalışıb, sən isə telefonun dəstəyini mənə verməmisən? Fikrin harada idi?” – kitabda Trampın sözləri sitat gətirilib.

Flinn özünə bəraət qazandırmaq üçün izah edib ki, Ağ Evə son günlərdə həddindən çox zəng daxil olub, lakin Tramp onu dinləmək istəməyib. Amerikalı siyasətçi Putini “ABŞ-ı məhv edə biləcək yeganə insan” adlandırıb və öz heyətinin telefon zəngi barədə ona məlumat verməməsi ilə bağlı qərarını düzgün hesab etmədiyini bildirib.

Xatırladaq ki, istefada olan general-leytenant Maykl Flinn 20 yanvar-13 fevral 2017-ci il tarixlərində ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri olub.