Tramp Çinə HƏDƏ-QORXU GƏLDİ!

Baxış sayı:
13084

Ağ Evdə mətbuata açıqlama verən ABŞ prezidenti Donald Tramp bu ayın axırında keçiriləcək G-20 sammitində Çin prezidenti Si Cinpin ilə ümumi dil tapmayacaqları təqdirdə Çin məhsullarına gömrük vergisini daha da artıracağını söyləyib. O, Çindən idxal edilən 300 milyard dollar dəyərindəki məhsula 25% və ya daha da artıq gömrük vergisi əlavə edə biləcəklərini söyləyib. Tramp Si Cinpinin də 28-29 iyun tarixlərində Yaponyanın Osaka şəhərində keçiriləcək G20-də iştirak edəcəyinə ümidvar olduğunu deyib.