​Tramp: Çin bizə kömək edir, Moskva isə mane olur

ABŞ Prezidenti Donald Tramp Rusiyanı Şimali Koreyanın nüvə arsenalını artırmasına qarşı mübarizəyə əngəl törətməkdə günahlandırıb.
Bu barədə Donald Tramp yerli televiziyalardan birində çıxışı zamanı danışıb.
Ağ Ev lideri Şimali Koreya məsələsinin həll olunmasının qarşısında duran əsas əngəl kimi Vaşinqtonla Moskva arasındakı münasibətlərin pisləşməsini göstərib.
 “Çin bizə yardım edir, Rusiya isə tamamilə əks istiqamətdə gedir. Əldə etdiklərimizə də zərər vurur”, - Tramp deyib.
Qeyd edək ki, Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayaraq raket sınaqlarını davam etdirir.