Tramp canlı yayında açıqladı: Hər an çəkilə bilərik

Baxış sayı:
8452

ABŞ prezidenti Tramp Amerikanın CBS televiziyasına gündəmlə bağlı ualları cavablandırıb. Donald Trampdan ABŞ-ın Suriyadan nə vaxt çəkiləcəyi soruşulub. Tramp “Müttəfiqimiz İsraili və sahib olduğumuz başqa şeyləri qorumağımıza ehtiyac var, amma bəli, əsgərlərimizin evə dönmələri an məsələsidir" cavabını verib.
 
ABŞ-ın İraqdakı bazasına çox pul xərclədiyini və bu bazanı orada tuta biləcəklərini ifadə edən Tramp, "İraqdakı bazanı saxlamaq istəkərindən biri oradan İranı bir az izləmək istəyirəm, çünki İran gerçək olaraq bir problemdir" deyib.
“İraqdan İranı vurub vurmayacağı” ilə bağlı bir suala isə ABŞ prezidenti, "Xeyr, tək istəyim İranı izləyə bilməkdir. İraqda inanılmaz və bahalı bir hərbi bazamız var. Çəkilmək yerinə problemli Yaxın Şərqin hər yerini izləmək üçün mükəmməl bir yerdir. Bir çoxu bunu anlamır, izləməyə davam edəcəyik və nüvə silahlarının hazırlanıb hazırlanmadığını əvvəlcədən biləcəyik" deyə cavab verib.
Tramp ABŞ-ın İraq və Orta Şərqə girməsini isə "böyük səhv" olaraq qiymətləndirib.
Müxalifət.az