Tramp Buş və Obamanı GERİDƏ QOYDU: ABŞ-da hər an vətəndaş müharibəsi BAŞLAYA BİLƏR

Baxış sayı:
6958

ABŞ-da siyasətlə bağlı yayım edən “Politiko” və “Morninq Kansalt” araşdırma mərkəzi ölkədə irqçiliklə əlaqədar anket sorğusu keçirib.
Muxalifet.az xəbər verir ki, anketin nəticəsinə əsasən, son iki prezidentin dövrü ilə müqayisədə Donald Trampın iqtidarda olduğu müddət ərzində ABŞ-da irqçilik artaraq 55 faizə çatıb.
Sorğuya qatılanların 18 faizi isə bu mövzuda hər hansı dəyişiklik olmadığını bildirib. Suallara cavab verən ağdərililərin 51 faizi irqlər arasında münasibətlərin mənfiyə doğru getdiyini, Afrika əsilli amerikalıların 79, latın amerikalıların isə 60 faizinin bu qənaətdə olduğu qeyd edilib.
Sözügedən araşdırmada irqçiliyin ABŞ-ın keçmiş prezidentləri Corc Buşun dövründə 17, Barak Obamanın dövründə isə 37 faiz artdığını bildirmişdi.
Donald Trampın dövründə irqçiliyin 55 faizə çatması ölkədə hər an alovlana biləcək vətəndaş müharibəsinin qığılcımları kimi dəyərləndirilir./publika.az/