Tramp bu xəbəri eşidincə "mən bitdim" deyə çox qorxub

Baxış sayı:
10498

Rusiya işi ilə bağlı xüsusi səlahiyyətli prokuror Robert Müllerın ictimaiyyətə açıqlanan istintaq hesabatı, ABŞ prezidenti Trampın Müllerın xüsusi prokuror kimi təyinatını öyrəndikdə çox qorxduğunu ortaya qoyub.
 
ABŞ Ədliyyə Nazirliyinin internet səhifəsində dərc olunan təxminən 400 səhifəlik hesabat, Trampın istintaqa baxışına dair maraqlı detallarla Amerika ictimaiyyətinin diqqətini çəkib.
Hesabatda, Trampın 2017-nin may ayında xüsusi səlahiyyətli prokuror olaraq Müllerın təyin edildiyini öyrəndikdə, “Aman Tanrım, bu, çox pis xəbərdir. Bu mənim prezidentliyimin sonu ola bilər. Bitdim. Hər kəs mənə, “əgər bu xüsusi səlahiyyətli prokurorlardan biri təyin olunursa, bunlar sənin prezidentliyini məhv edər” dedi. Bu istintaq illərlə davam edər və mən heç bir şey edə bilmərəm. Bu, başıma gələn ən pis şeydir" deyə bildirdiyi qeyd olunub.
Hesabatda, Trampın dövrün ədliyyə naziri Cef Sessionsa da bu məsələdə çox təpki göstərdiyi və "Bunun olmasına necə icazə verərsən Cef? Sənin vəzifən məni qorumaq deyilmi" şəklində məzəmmət etdiyi qeyd edilib.
 
TRAMP İSTİNTAQI YÖNLƏNDİRMƏK İSTƏYİB
 
 Digər tərəfdən, yenə Müllerın hesabatında, Trampın Rusiya araşdırmasına təsir etmək üçün bəzi cəhdlər göstərmək istədiyi, ancaq ətrafındakı şəxslərin bu təşəbbüsləri həyata keçirməyi rədd etməsi sayəsində "ədalətə mane olma" cinayətinin baş vermədiyi qeyd edilib.
Hesabatda, bir vaxt Ağ Evdə hüquq məsləhətçisi olan Don Mcgahnın, "Trampın Müllerın qovulması istiqamətindəki istəyinə" mənfi cavab verdiyi və sonra öz vəzifəsindən istefa verdiyi məlumatına yer verilib.
Amerika mediası Müllerın "Tramp ədaləti əngəlləmək və istintaqı yönəltmək istədi" şəklindəki qənaətini başlıqlara daşıyarkən, istintaqda bəraət alan Trampın "ədalətə mane olmaq istədiyinə" işarə edilib.
ABŞ-ın ədliyyə naziri Uilyam Bar səhər saatlarında verdiyi açıqlamada Müllerın, "ABŞ prezidenti Tramp və ya onun seçki qrupu ilə Ruslar arasında gizli iş birliyi aparıldığına dair dəlil olmadığı" nəticəsinə gəldiyini bildirmişdi.
Xüsusi prokuror Müller təxminən 2 il davam edən Rusiya araşdırması hesabatını martın 22-də ədliyyə nazirinə təslim etmiş, Uilyam Bar da ertəsi gün Konqresə istintaq nəticələri ilə bağlı göndərdiyi məktubunda, "Xüsusi səlahiyyətli prokuror Müllerin araşdırmasında, Tramp kampaniyasının və ya onunla əlaqəli hər hansı bir şəxs və ya şəxslərin 2016 prezident seçkilərinə təsir etmək səyində olan Rusiya ilə əməkdaşlıq etdiyi aşkar edilməmişdir. Ədliyyə Nazirliyinin dəlilləri ABŞ prezidentini tam və qəti olaraq təmizə çıxarır" qiymətləndirməsində etmişdi.
Müxalifət.az