Tramp Brunsonu siyasi şouya çevirir: Almaniyada bayraq öptürdülər

Baxış sayı:
1975

6 noyabrda Konqresə keçiriləcək ara seçkiləri üçün bütün “kozır”larını oynayan Tramp, Brunsonın sərbəst qalmasını fürsətə çevirməyə çalışır. Brunsonun buraxılmasını özünün uğuru kimi göstərməklə, hadisəni ölkəsində siyasi şouya çevirmək istəyən Tramp, keşişə də Amerika bayrağı öptürərək bu fotoşəkli sosial mediada yayımladıb.
 
Sərbəst qaldıqdan sonra xüsusi təyyarəylə Almaniyaya gedən Brunsonu səfir Riçard Grenell qarşılayıb. Amerikalı səfir keşişə Amerika bayrağını öptürərək poza verib.
ABŞ-da Konqresə ara seçkiləri ilin ən mühüm siyasi prosesi kimi böyük əhəmiyyət daşıyır. Brunsonun sərbəst qalmasını öz uğuru kimi göstərməklə Tramp siyasi xal qazanmaq istəyir.
 Amerika keşişi qarşılayan ABŞ-ın Almaniyadakı səfiri Riçard Grenell, Brunsonun ABŞ bayrağını öpərkən çəkilən fotosunu sosial mediada paylaşıb.
Müxalifət.az