​Tramp baş diplomatını Körfəzə göndərdi

ABŞ-ın Dövlət katibi Reks Tillerson 5 iyundan başlayaraq, bu günə qədər davam edən Qətər böhranını həll etmək üçün Körfəz turuna çıxıb.
Bu gün Səudiyyə Ərəbistanına səfər edən Tillseron daha sonra Qətərə gedəcək.
Körfəz səfərindən sonra isə Tillersonun Pakistana, Hindistana, ardınca Cenevrəyə gedəcəyi gözlənilir.