​Tramp Baltikyanı ölkələrin liderlərini qəbul etdi

Baxış sayı:
6556

Bu gün Vaşinqtonda Litva, Latviya və Estoniya prezidentlərinin ABŞ-ın dövlət başçısı Donald Trampla görüşü keçirilib. Prezidentlərin ABŞ-a səfəri çərçivəsində Baltik ölkələrinin 100 illiyinə həsr edilən zirvə görüşü olub.
Muxalifet.az xəbər verir ki, prezidentlərin görüşünün əsas mövzusu ölkələrin müdafiə qabiliyyətinin gücləndirilməsi, enerji təhlükəsizliyi və işgüzar əlaqələrin möhkəmləndirilməsi məsələləridir.
Bununla yanaşı, Transatlantik ittifaqın aktual problemləri, xüsusilə NATO-nun şərq cinahında hərbi qüvvələrin artırılması məsələsinin qaldırılacağı Şimali Atlantika Alyansının qarşıdakı sammitinə hazırlıq da müzakirə olunur. Litva, Latviya və Estoniya müdafiə məqsədləri üçün öz ÜDM-lərinin 2 faizini ayırır və bu göstəriciyə görə alyansa üzv olan Avropa ölkələrinin əksəriyyətini qabaqlayırlar.
Litva, Latviya və Estoniya liderlərinin səfəri çərçivəsində keçiriləcək biznes-forumda ABŞ-dan Litvaya sıxılmış təbii qaz tədarükünə dair sazişin imzalanması planlaşdırılır.