“Tramp bacarıqsızdır” sözü ABŞ prezidentini əsəbiləşdirdi

Baxış sayı:
4765

ABŞ prezidenti Donald Tramp haqqında "bacarıqsızdır" dediyi iddia edilən İngiltərənin Vaşinqtondakı səfiri Kim Darroch üçün "Artıq onunla işimiz olmayacaq" deyib.
 
Tramp haqqındakı yazışmaları sızan İngilis səfir haqqında Twitter hesabından açıqlama verib.
İngiltərənin baş naziri Teresa Meyın “Brexit” mövzusunu müzakirə formasının səhv olduğunu deyən Tramp, "Ona bu işin necə edilməsi lazım olduğunu izah etdim, amma o başqa bir yolu seçməyə qərar verdi" deyə qeyd edib.
Son günlərdə özü haqqındakı mənfi yazışmaları İngilis mediasına sızan İngiltərənin Vaşinqtondakı səfirini adını çəkmədən tənqid edən Tramp, "Səfiri tanımıram, amma Vaşinqtonda ondan xoşlanmır və haqqında yaxşı düşünülmür. Artıq onunla işimiz olmayacaq. Yaxşı xəbər budur ki, böyük Birləşmiş Krallığın qısa zaman sonra yeni bir baş naziri olacaq" deyib.
Tramp keçən ay İngiltərəyə reallaşdırdığı rəsmi səfərdə ən çox kraliça 2-ci Yelizabetin ona təsir etdiyini sözlərinə əlavə edib.
 
TRAMPA TƏHQİR DOLU SÖZLƏR
 
İngilis “Daily Mail” qəzetinin bazar günkü sayında Darroçun diplomatik yazışmaları olduğu mətnlər dərc olunmuş, İngilis Xarici İşlər Nazirliyi xəbəri yalanlamamışdı.
Xəbərdə, Darroçun ABŞ prezidenti ilə əlaqədar "Tramp rəhbərliyinin daha normal, daha az fəaliyyətsiz, daha az təxmin edilə bilməz, diplomatik olaraq da daha az axsaq və bacarıqsız olacağına inanmırıq" ifadəsinə yer verilmişdi.
Tramp rəhbərliyindəki Ağ Evin "yetkin" olaraq görüləcəyini düşünmədiyini qeyd edən Darroç, mövcud idarənin "utanc içində sona çatmasına yol aça biləcək bir şeylərin ortaya çıxa biləcəyini" demişdi.
İngiltərənin Xarici İşlər naziri Jeremy Hunt isə söz mövzusu sızıntının qaynağını araşdırdıqlarını açıqlamışdı.
Müxalifət.az