Tramp az sonra Kim Çen Inla görüşəcək

Baxış sayı:
4367

ABŞ Prezidenti Donald Tramp Koreya yarımadasında hərbsizləşdirilmiş zonaya gedib.

ABŞ prezidenti bildirib ki, Şimali Koreya lideri Kim Çen Inla görüşün olacağına ümid edir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ telekanalları bildirib.

“Mən hərbsizləşdirilmiş zonaya gedirəm və anladığım qədər onlar görüşmək istəyirlər, mən isə salamlaşmaq istəyərdim. Bu çox qısa olacaq”, – deyə Tramp Cənubi Koreyadan olan biznesmenlər qrupu qarşısındakı çıxışında deyib.

Daha əvvəl ABŞ prezidenti Kim Çen Ina qısa görüş təklif edib. Trampın rəsmi proqramı Ağ Ev rəhbərinin hərbsizləşdirilmiş zonada təxminən 15 dəqiqə olması nəzərdə tutulub.

“Biz danışaraq heç nə itirmirik”, – Tramp əlavə edib.

Onun sözlərinə görə, görüş hələ qəti müəyyən edilməyib. “Baxaq, nə olacaq, hələ heç nə qəti deyil”, - Tramp deyib.