Tramp Amerikalıların lağ mövzusu oldu

Baxış sayı:
6622

 Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ölkədəki yumoristlərin dilinə düşüb.
 
ABŞ prezidenti Trampın Çin ilə davam edən ticarət müzakirələri ilə əlaqədar olaraq özündən "gömrük vergisi adamı" (tariff man) deyə bəhs etməsi ölkədə sosial medianın və yumoristlərin dilinə düşüb.
Tramp tvitter hesabından, "Çin rəhbəri Şi və mən ticari müqavilənin olmasını istəyirik və yəqin ki, olacaq. Amma əgər olmasa, unutmayın, mən gömrük vergisi adamıyam. Millətimizin böyük sərvətini talamaq üçün gələn insanların və ya ölkələrin, bunu etmək imtiyazı üçün əvəz ödəməsini istəyirəm" deyə yazıb.
“We Night Show" proqramının aparıcısı məzhəkəçi Stefan Colbert hazırladığı parodiya videoda cizgi qəhrəman Süperman xarakterinə istinad edərək "Tariff man-in paytaxtda bacarıqsız rəhbər Donald Tramp maskası altında gizləndiyi" şəklində zarafat edib.

Vergidən yayınır
 
Proqramın aparıcısı Ceyms Corden də Trampın qorxunc bir hecalamada səhvi etdiyini bildirərək başqanın vergidən yayındığına işarə edib. Corden, "Tariff vergi deməkdir, Tramp onsuz da ödəmir. Güman edirəm, super qəhrəmanların olduğu cizgi roman dünyası bir az çox genişlənir" şərhini edib.
Minnesotadan seçilən ilk hicablı Müsəlman Konqresmen İlhan Ömər də "Tariff man, gəlmiş keçmiş ən pis super qəhrəmandır, vergimizi yüksəldir və iqtisadiyyatımızı məhv edir" deyə şərh edib.
Müxalifət.az