“Tramp ağlını itirib” - Amerika kürdləri qul bazarında satdı

Baxış sayı:
1606

İsrailin “Ynetnews.com” saytının "Barış pınarı" əməliyyatı ilə bağlı təhlil yazısında maraqlı nüanslar var. Qeyd olunur ki, ABŞ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana mükafat olaraq Suriyadan öz qoşunların çıxarır. Cənab Ərdoğan anti-Amerikan, anti-İsrail və islamçı liderdir. İŞİD-lə mübarizəyə maraq göstərmir. Elə bu səbəbdən də ABŞ bölgədə kürdlərlə yaxınlaşmağa məcbur olmuşdu.

Sayt bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əlinə düşən fürsəti anındaca dəyərləndirdi. O, ABŞ prezidenti Donald Trampa telefon danışığı zamanı təzyiq göstərdi. ABŞ hərbi kontingenti Suriyanın şimalından çəkildi və Amerika kürd müttəfiqlərini tərk etdi.

Türkiyə hökuməti Suriyada “təhlükəsiz bölgə" yaratmaq niyyətindədir. Bəziləri bu kampaniyanı "etnik təmizləmə", digərləri isə kürdlərin ərəblərlə əvəz olunması və ya "əhali mübadiləsi" adlandıra bilər.

Kurdish civilians flee advancing Turkish forces in northern Syria

Sayt bildirir ki, illərdir ki, İŞİD-lə savaşan kürdlər 10 mindən çox döyüşçü itirib. Artıq kürdlər Amerika kimi müttəfiqi tərəfindən tərk edilib, NATO da onlardan kənarda dayanıb. Kürdlər tək başına Türkiyə hərbi qüvvələri ilə üz-üzə qalıb. General Jens Stoltenberg, isə Türkiyəni hərbi əməliyyatlar zamanı "təmkin göstərməyə" çağırmaqla kifayətlənib.

Cənab Tramp isə atdığı Tweeter-lə bəyan etdi ki, narahatçılığa elə bir əsas yoxdur, İŞİD yenidən dirçəlsə Amerika onları yenidən əzəcək.

Yəhudi saytı Livanın “Hizbullah” hərəkatının baş katibi Seyid Həsən Nəsrullahın ötən aylarda verdiyi bir bəyanatı xatırladır: “Vaxt gələndə kürdlər görəcək ki, böyük müttəfiqləri (ABŞ) onları qul bazarında necə satır.”

Sayt bildirir ki, ABŞ öz nataraz davranışları ilə Yaxın Şərqdə olan müttəfiqlərini itirməkdədir. Bölgədə Amerikaya etibar edən kimsə qalmayıb.//musavat