Tramp: “Ağ Ev həqiqi bataqlıqdır…”

ABŞ Prezidenti Donald Tramp Ağ Evi "həqiqi bataqlıq" adlandırıb.
 
O bunu Nyu Cersidəki qolf klubunun üzvləri ilə söhbətində deyib.
Tramp buna görə həftə sonlarını şəxsi qolf klubunda keçirdiyini deyib.
Məlumatlara görə, Tramp vəzifədə olduğu 28 həftə sonundan yalnız 11-ini Ağ Evdə keçirib.