Tramp administrasiyasının saxta hesabatı ABŞ-I qarışdırdı

Baxış sayı:
2158

ABŞ prezidenti Donald Tramp rəhbərliyinin, ölkənin yoxsulluq vəziyyəti barədə xalqa yanlış və ya natamam məlumatlar verdiyi ortaya çıxıb.
 
“Foreign Policy” qəzetində yer alan xəbərə görə, ABŞ rəhbərliyi, may ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Üzrə Ali Komissarlığının yaydığı ölkənin yoxsulluq həddini göstərən hesabata etiraz edərək, ölkənin yoxsulluq səviyyəsi məsələsində səhv və ya natamam məlumatlar bölüşüb.
Xəbərə görə, ABŞ Xarici İşlər Nazirliyinin sözügedən BMT-nin hesabatına cavab olaraq dərc olunan açıqlamaya aid sənəd və emailləri əldə edib.
Sənədlərdə, Tramp rəhbərliyinin verdiyi ziddiyyətli açıqlama barədə müraciət olunan iqtisadçılar, hakimiyyətin təqdim etdiyi rəqəmlərin doğru olub olmadığını soruşulub, ancaq bu şəxslərin şərhləri dərc olunan hesabat, ya silinib, ya da yumşaldılıb.
Nəticədə, BMT-nin hesabatına cavab olaraq yayımlanan açıqlamada xalqı yanlış istiqamətləndirən göstəricilər ortaya qoyulub və ABŞ iqtisadiyyatının nikbin bir rəsmi çəkilib.
Ağ Ev İqtisadiyyat Müşavirləri Şurasından bir səlahiyyətli, sözügedən açıqlamada yer alan "ABŞ iqtisadi inkişaf və rifah mövzusunda yeni bir dövrə girir" ifadəsi üçün, bu dövrün Obama dövründə başladığını və 1-2 il ərzində başa çatacağını, bu səbəblə bu hissənin bəyanatda yer almaması lazım olduğunu bildirib. Ancaq rəhbərliyinin bu tövsiyəsi gözardı edilib və ifadə açıqlamada istifadə olunub.
 
PENSİYALAR BARƏDƏ YANLIŞ MƏLUMATLAR VERİLİB
 
Bundan başqa, maaşların artdığına dair bir ifadəyə cavab olaraq başqa bir nümayəndəliyin "İdarəetmədə xarici maaşlar artmadı" deyə yazdığı hissə də açıqlamada yer almayıb.
Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Üzrə Ali Komissarlığı, may ayında yayımladığı hesabatda, 40 milyon Amerikalının yoxsul olduğunu və 5 milyondan çox insanın "Üçüncü Dünya Ölkəsi şəraitində" yaşadığını bildirmişdi.
Hesabatda, sosial xərclərdəki vergi fasilələrinin ölkədəki bərabərsizliyi artırdığına işarə edilərək, Tramp rəhbərliyinin iqtisadi siyasəti sərt şəkildə tənqid edilmişdi.
Müxalifət.az