Tramp administrasiyası İnsan Haqlarını ÖNƏ ÇIXARIR: SANKSİYALAR OLACAQ

Sanksiyalar siyahısına dekabr ayınadək yeni adların əlavə olunacağı güman edilir
 
Oktyabrın 5-də Think Progress adlı təşkilatının vebsaytında Keysi Mişel "Ağ Ev artıq insan haqlarını pozanlara qarşı sanksiya tətbiq etmək fikrinə isti yanaşır" adlı məqalə dərc edib.
Mişel bildirib ki, ABŞ Donald Trampın qələbəsini qəbul etməyə çalışdığı vaxt, hələ o zaman prezident olan Barak Obama Trampın seçki kampaniyası zamanı təriflədiyi avtoritar kleprokratlara qarşı daha öncə görünməmiş addım adıb.
Çin və Səudiyyə Ərəbistanından tutmuş Azərbaycan və Vyetnama kimi bir çox ölkədən namizədlər korrupsiya və işgəncə kimi bir çox insan haqları pozuntularına yol verib.
Mişelin sözlərinə görə, Çin və Səudiyyə Ərəbistanından tutmuş Azərbaycan və Vyetnama kimi bir çox ölkədən namizədlər korrupsiya və işgəncə kimi bir çox insan haqları pozuntularına yol verib.
O, qeyd edib ki, "Qlobal Maqnitski Aktı kimi tanınan bu qanun layihəsi xaricdə baş verən insan haqları pozuntularına yönəlib və Human Rights First təşkilatının sözləri ilə desək, “ABŞ tarixinin ən hərtərəfli insan haqları və anti-korrupsiya sanksiyalarını” irəli sürür. Qanun layihəsi Ağ Evi işgəncə və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən insan haqlarını pozan və hətta böyük korrupsiya qalmaqalları ilə əlaqəsi olan xarici rəsmiləri sanksiyalarla hədəfləmək və onların aksiyalarını əllərindən almaq imkanı ilə təmin edir."
Keysi Mişel qanun qəbul edildiyi zaman həm bayramlar həm də Tramp administrasiyasının hakimiyyətə gəlişi səbəbilə diqqəti yayınan medianın bu qanunu çox işıqlandırmadığını deyir. Lakin onun dediyinə görə, bir qrup buna çox sərt cavab verib. O da Kreml olub. "Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qanun layihəsini “Vaşinqtonun insan haqlarından istifadə edərək sevmədiyi hökümətlərə təzyiq göstərmək ənənəsini” davamı olaraq qiymətləndirib," Mişel deyir.
O söyləyir ki, Moskvanın Obamanın imzaladığı bu qanuna reaksiyası, əslində, gözlənilən idi. Buna səbəb təkcə sanksiya tətbiq etmək imkanlarının genişləndirilməsinin Kremlin yüksək vəzifəli rəsmilərinin eləcə də Rusiyanın Belarus və Qazaxıstan kimi ölklərdəki müttəfiqlərinin hədəf alınmaq ehitmalını artıdığına görə deyil, həm də bu qanunun Rusiyanın post-sovet tarixindəki ən böyük vergi fırıldaqçılığının üstünü açandan sonra ölən rusiyalı vəkilin adını daşımasıdır.
"230 milyon dəyərində verginin qaçırıldığının üstünü açandan sonra Sergey Maqnitqski həbs edilib, daha sonra orada ölmüşdü. Onun bədəninin isə işgəncəyə məruz qaldığı iddia edilmişdi. Üç il sonra, 2012-ci ildə ABŞ təkcə Rusiya və Maqnitskinin ölümündə məsul olan Rusiya rəsmilərini hədəf alan Maqnitski Aktını qəbul etdi. Daha sonra bu akt 2016-cı ildə Kremlə bağlı vəkil ilə Donald Tramp oğul, Pol Manafort və Cared Kuşnerin arasında keçirilən görüşün əsas müzakirə mövzusu olub," Mişel bildirir.
 
 
Senator Ben Kardin və Senator Con MakKeyn
 
Lakin onun bildiridiyinə görə, Qlobal Maqnitski Aktı qəbul ediləndən bəri, ona çox elə məhəl qoyulmayıb. "Aprelin 20-də Tramp administrasiyasının həmin qanun layihəsinin tətbiqi üçün tədbirlər görəcəyini və Qlobal Maqnitski Aktının tətbiq olunacağı insanları müəyyən etməyə çalışdığını deməsinə baxmayaraq, prezident qanun layihəsini müzakirə etməkdən və onu həyata keçirməkdən yayınır. Dövlət katibi Reks Tillers da yanvar ayında təsdiq dinləməsi zamanı Maqnitski Aktına dəstəyini ifadə edərək, əsas diqqəti Rusiyaya yönəldib. Lakin o zamandan bəri Tillerson diqqəti başqa məsələrə ayırıb," Mişel yazır.
Amma onun sözlərinə əsasən, belə görünür ki, vəziyyət artıq dəyişir. "Sentyabrın əvvəlində Wall Street Journal-dan Samuel Rubenfeld bildirirdi ki, Trampın seçki kampaniyasının Rusiya ilə əlaqələri müzakirə edildiyi dövrdə Ağ Ev həm Dövlət Departamenti həm də Maliyyə nazirliyinə qanun layhisəni tətbiq etməyə icazə verib," Mişel məqaləsində yazıb.
Onun dediyiə görə, "həmin dövrdə Human Rights Watch, Sərhədsiz Reportyorlar və Transparency International kimi bir qrup insan haqları təşkilatların Tillerson və maliyyə naziri Stiv Mnunçinə açıq məktub yollayaraq, Qlobal Maqnitski Aktının hədəf almalı olduğu 15 insanın adını qeyd edib. Çin və Səudiyyə Ərəbistanından tutmuş Azərbaycan və Vyetnama kimi bir çox ölkədən namizədlər korrupsiya və işgəncə kimi bir çox insan haqları pozuntularına yol verib. Məktubda Qlobal Maqnitski Aktı insan haqları pozuntularını azaltmaq üçün “inqilabi bir alət” kimi qiymətləndirilib və qanunun tətbiqinin ABŞ-a dünya boyu insan haqları fəallarını qoruyan və cəzasızlığa qarşı mübarizə aparan beynəlxalq ictimaiyyətə başçılıq edə biləcəyi bildirilib," Mişel söyləyir.
O deyir ki, siyahıya daxil edilmək üçün senator Ben Kardin və senator Con MakKeyn də bəzi adlar irəli sürüb, lakin həmin adlar hələ açıqlanmayıb. Maqnitski Aktı ilə bağlı irəliləyişləri yaxından izləyənlər siyahının dekabr ayında dərc olunacağını deyir.
Son olaraq Mişel yazır ki, "o zamana qədər isə beynəlxalq təzyiqlə üzləşən Tramp üçün Qlobal Maqnitski siyahısına heç kimi daxil etməmək çətinləşəcək, çünki onun siyahıya heç kimin adını daxil etməməsi Ağ Evə kleptrokratik təsirlərin olduğuna dair şübhələri artıracaq. Bundan əlavə isə ABŞ-dan başqa digər ölkələr də Maqnitski məsələsinə qoşulub. Onların sırasında Kanada, Birləşmiş Krallıq və Estoniya yer alır."