Tramp açıqladı: “Tələsmirik, olmazsa, etməyəcəyik”

Baxış sayı:
5560

ABŞ prezidenti Donald Tramp Çin ilə ticarət müqaviləsini tamamlama məsələsində tələsmədiklərini, müqavilənin Pekini fikri mülkiyyət hüququ kimi sahələrdə edəcəyi struktur islahatlarını da əhatə etməsini istədiklərini deyib.
 
Tramp Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada, "İşlərin çox yaxşı getdiyini düşünürəm. Tələsəcək yerimiz yoxdur. Doğru bir müqavilə olmasını istəyirəm. Bu səbəblə tələsmirəm. Bizim üçün yaxşı bir müqavilə olmalıdır, əgər olmazsa, bu müqaviləni bağlamayacağıq" deyə söyləyib.
Tramp həmçinin məsələnin müqavilənin Çin Prezidenti Xi ilə bir sammitdə və ya sammitdən əvvəl bağlanması olmadığını, prioritetin müqavilənin detallarını Xi ilə birlikdə sona çatdırmaq olduğunu vurğulayıb.
Müxalifət.az