Tramp açıqladı: Hamını bir otağa toplayıb...

Baxış sayı:
6274

Hər kəsi bir otağa toplayıb, yeni bir razılaşma imzalamaq istəyərəm.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Yaxın və Orta Mənzilli raketlərlə bağlı müqavilə (İNF) barədə çıxışında deyib.
O, 1987-ci ildə imzalanan razılaşmanın Rusiya-ABŞ strukturuna zidd olduğunu bildirib və Çinin də daxil olduğu yeni müqavilənin imzalanmasının tərəfdarı olduğunu bəyan edib.
Qeyd edək ki, ABŞ tərəfi İNF-lə bağlı öhdəliklərdən imtina etdiyini və yaxın 6 ay ərzində müqavilədən rəsmən çıxacağını bəyan etmişdi.