Tramp açıqladı: Gözəl bir məktub aldım

Baxış sayı:
175

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Jong Un-dan Koreya Adasının nüvədən təmizlənilmə prosesi ilə bağlı gözəl bir məktub aldığını söyləyib.
 
Məktubu 'olduqca səmimi' və 'olduqca nəzakətli' olaraq qiymətləndirən Tramp, iki tərəfin bir şəkildə nüvə məsələsində razılaşma əldə edəcəyinə inandığını ifadə edərək "Birlikdə yaxşı bir əlaqəmiz var" deyib.
 
"Hər an yeni bir görüşmə tarixi təyin oluna bilər"
 
Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton isə etdiyi bir açıqlamada, ABŞ ilə Şimali Koreya arasında üçüncü bir görüşmənin ola biləcəyini ifadə edərək "Onlar nə vaxt hazırsa, biz də hazırıq, bu səbəblə hər an yeni bir görüşmə tarixi təyin oluna bilər" deyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Jong Un daha əvvəl Singapur və Vyetnamda bir araya gəlmişdi. Ən son Vyetnamın Hanoi şəhərində bir araya gələn Tramp ilə Kim Jong Un 2 gün davam edən görüşmələrində uzlaşa bilmədikləri üçün görüş nəticəsiz başa çatmışdı.
Müxalifət.az