Tramp açıqladı: Anlaşmaq istəyirlər!

Baxış sayı:
196

ABŞ prezidenti Donald Tramp, "Çin ticarət müqaviləsi ilə bağlı anlaşmaq istəyir, daha çox gömrük vergisinə ehtiyac qalmaya bilər" deyib.
 
Dünyanın ən iri iqtisadiyyatlarına malik iki ölkə rəsmiləri, ticarət müharibəsi ilə artmaqda olan gərginliyi azaltmaq üçün bir müddətdir ki, müzakirə aparır.
Qeyd edək ki, ABŞ ilə Çin arasında "ticarət müharibəsinin" başlanğıcı olaraq görülən proseslər, Tramp rəhbərliyinin 23 martda idxal polad və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz əlavə gömrük vergisi gətirməsi ilə başladı.
Çin, Vaşinqtonun polad və alüminium məhsullarına qarşı əlavə gömrük vergilərinə cavab olaraq aprel ayında ABŞ qeydiyyatlı 128 məhsula 15% ilə 25% arasında dəyişən tariflər gətirdi.
ABŞ rəhbərliyi həmçinin Çinin, Amerikalı şirkətlərin texnologiyalarına və fikri mülkiyyətlərini ələ keçirməyə yönəlmiş qanunsuz fəaliyyətləri səbəbilə cəmi 50 milyard dollar dəyərindəki Çin qeydiyyatlı məhsula, iyul və avqust aylarında 25 faiz əlavə gömrük vergisi tətbiq etdi.
Pekin rəhbərliyinin, ABŞ-ın yalnız Çini hədəf alan bu həmləsinə reaksiyası gecikmədi. Çin Ticarət Nazirliyi, bu qərara cavab olaraq ABŞ-dan idxal edilən 50 milyard dollar məbləğindəki 659 məhsulu 25 faiz gömrük vergisinə tabe tutmağa başladı.
Müxalifət.az