​Tramp açıqladı: ABŞ 19 il sonra qisasını aldı...

Baxış sayı:
1996

2000-ci ildə “USS Koul” gəmisinə hücumu təşkil edən terrorçunu öldürdük.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter mikrobloqunda yazıb.
“Böyük ordumuz “USS Koul”a edilən qorxaqcasına hücumda ölən və yaralanan qəhrəmanlar üçün ədaləti bərpa etdi. Bu hücumun lideri Camal Bədəvini öldürdük. Əl Qaidəyə qarşı fəaliyyətimiz davam edir. Radikal islam terrorizminə qarşı əsla dayanmayacağıq”, - deyə dövlət başçısı bildirib.
Xatırladaq ki, 2000-ci ilin 12 oktyabr tarixində Yəmənin Ədən limanında ABŞ-a məxsus raketdaşıyıcı “USS Koul” gəmisinə Əl Qaidə tərəfindən təşkil edən hücumda 17 dənizçi öldürülmüş, 39-u yaralanmışdı.
Hücum partlayıcı yüklənmiş qayığın “USS Koul”la toqquşdurulması nəticəsində baş vermişdir.