​Tramp ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə namizəd irəli sürdü

ABŞ prezidenti Donald Tramp ölkənin Rusiyadakı səfiri vəzifəsinə namizəd irəli sürüb. “RİA Novosti” xəbər verir ki,  D.Tramp bu vəzifəyə Yuta ştatının sabiq qubernatoru Con Hantsmanın namizədliyini irəli sürüb.   
Con Hantsman ABŞ-ın Çində və Sinqapurdakı səfiri vəzifəsində çalışıb, iki dəfə Yuta ştatının qubernatoru postuna seçilib. Bundan başqa, Con Hantsman “Hilton”, “Chevron”, “Ford Motor Company” və “Caterpillar” şirkətlərinin direktorlar şurasının üzvüdür(apa).