​Tramp ABŞ-ın ən uğursuz prezidenti oldu – Sorğu

Donald Tramp 9 aylıq fəaliyyətinin nəticələrinə görə, son 70 ildə ABŞ prezidentləri arasında ən aşağı reytinqə sahib prezident olub.
Muxalifet.az xəbər verir ki, “Vaşinqton Post” qəzeti və ABC telekanalının keçirdiyi sorğuların nəticələri ekspertlərə bu fikri səsləndirməyə imkan verib.
ABŞ prezidentinin fəaliyyətini yalnız respondentlərin 37 faizi dəstəklədiyi halda, 59 faiz sorğu iştirakçısı ölkə başçısından narazılığını ifadə edib. Trampın sələfləri isə eyni dövr ərzində 51 faizdən (Cimmi Karter) 89 faizə (oğul Corc Buş) qədər respondentlərin dəstəyini qazana bilib.
Sorğuda iştirak edənlərin təxminən üçdə ikisi hazırkı prezidentin demək olar ki, fəaliyyət müddətində heçnə etmədiyini və ya çox az şey edə bildiyini söyləyib. Vətəndaşların yarıdan çoxu isə Tramp dövründə ABŞ-ın zəiflədiyi fikrini müdafiə edib. Amerikalılar həmçinin Donald Trampı seçkiöncəsi vədlərini tutmamaqda (55 faiz) ittiham ediblər.
Qeyd edək ki, sorğu oktyabrın 29-dan noyabrın ilk gününə qədər minlərlə ABŞ vətəndaşı arasında keçirilib.