Tramp ABŞ-ın Əfqanıstandakı qoşunlarının komandanının istefasını tələb edib

Prezident Donald Tramp ABŞ-ın Əfqanıstandakı qoşunlarının komandanı Con Nikolsonun istefasını tələb edib.
 
Bu barədə NBC telekanalı məlumatlı mənbəyə istinadən xəbər verib.
 “Biz Əfqanıstanda müharibədə məğlub oluruq. Buna görə, qoşunların rəhbərliyində rotasiyaya ehtiyac var. Biz qalib gəlmirik, uduzuruq”, deyə D.Tramp
 Məlumata əsasən, Tramp həmçinin ABŞ-ın NATO üzrə müttəfiqlərinin fəaliyyəti ilə bağlı dərin narazılığını ifadə edib.
 Qeyd edək ki, Əfqanıstanın Qəndəhar vilayətində “Taliban” silahlılarının NATO qüvvələrinin konvoyuna hücumu nəticəsində iki amerikalı hərbçi həlak olub.